Makron pomidor atəşinə tutuldu - VİDEO

15:39 - 27 Aprel 2022

Makron pomidor atəşinə tutuldu - VİDEO

Fransa Prezidenti Emmanuel Makron ölkənin İl-de-Fransa regionuna səfəri zamanı pomidor atəşinə məruz qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.

Telekanalın yaydığı görüntülərdən aydın olub ki, Makron kütlə içərisində olarkən ona bir neçə pomidor atılıb. Bunun ardınca Prezidentin mühafizəçiləri onu qorumaq üçün başı üzərində çətir açıblar. Hadisə zamanı yayım bir neçə saniyəlik dayandırılıb.

Makrona pomidor atan şəxs və yaxud şəxslərin kim olduğu barədə hələ ki məlumat verilməyib.

Xatırladaq ki, E. Makron aprelin 24-ü keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən Fransa Prezidenti seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az