Sosial şəbəkələrdə Rusiyanın Mariupol Dram Teatrını bombalamasından dərhal sonra şahidlərin çəkdikləri video yayılıb.
Manset.az xəbər verir ki, bina dağılandan sonra da bombardman davam edib.
Xatırladaq ki, faciəvi hadisə martın 16-da baş vermişdi. Yanında iri hərflərlə “DETİ” (“Uşaqlar”) yazılmasına baxmayaraq, bina aviahücuma məruz qalmışdı. Sığınacaq kimi istifadə olunan teatrın bombalanması zamanı uşaqlar da daxil olmaqla azı 300 nəfər sakinin öldüyü bildirilir.