“Cavabımız ildırımsürətli olacaq” - Putindən Qərbə xəbərdarlıq

19:25 - 27 Aprel 2022

“Cavabımız ildırımsürətli olacaq” - Putindən Qərbə xəbərdarlıq

"Kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji təhlükə yaranarsa, cavabımız ildırımsürətli olacaq. Rusiya buna cavab olaraq rəqiblərində olmayan vasitələrdən istifadə edəcək".

Manşet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Qanunvericilik Məclisinin iclasında çıxış edərkən deyib.

Ukrayna və Donbasda keçirilən xüsusi hərbi əməliyyatda müəyyən edilən bütün vəzifələrin tamamlanacağını bildirən Putin qeyd edib ki, əməliyyatla Donbasın, Krımın və bütün Rusiyanın təhlükəsizliyini təmin edəcəklər.

O, Qərbi ittiham edərək, Ukraynanın xarici dövlətlər tərəfindən Rusiya ilə birbaşa münaqişəyə sövq etdiyini bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az