“Saakaşvili hakimiyyətdə olsaydı, Rusiya ilə müharibə qaçılmaz olacaqdı”

20:33 - 27 Aprel 2022

“Saakaşvili hakimiyyətdə olsaydı, Rusiya ilə müharibə qaçılmaz olacaqdı”

“Gürcüstan öz milli maraqlarına zidd hərəkət etməyəcək və Rusiyaya qarşı “ikinci cəbhə” açmayacaq”.

Manşet.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. 
Baş nazirin sözlərinə görə, hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili Rusiyaya qarşı hərbi əməliyyatların “ikinci cəbhəsi”ni yaratmaq üçün ötən ilin payızında Gürcüstana gəlib.

"Məlumat var idi ki, Ukraynada müharibə noyabr və ya dekabrda başlamalı idi. Saakaşvili bu məqsədlə gəldi ki, buradan ikinci cəbhə açmağa hazır olsun. Təəssüf ki, ukraynalı dostlarımız bunu təsdiqlədilər, bu, mənə görə çox acınacaqlıdır. Biz milli maraqlarımıza uyğun gəlməyən heç bir iş görməyəcəyik. Gürcüstanda ikinci cəbhə olmayacaq”, - Baş nazir bildirib.

O əlavə edib ki, əgər indi Gürcüstanda Saakaşvili hakimiyyətdə olsaydı, Rusiya ilə müharibə qaçılmaz olardı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az