Yerevanda Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib - VİDEO

22:14 - 27 Aprel 2022

Yerevanda Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib - VİDEO

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib.

Manşet.az xəbər verir ki, aksiyalardan biri Şenqavit inzibati rayonunda başlayıb. Nümayişçilərə “Ermənistan” müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan başçılıq edib.

Paytaxtın mərkəzindəki Azadlıq meydanından başlayan ikinci yürüşə isə müxalifətin “Şərəfim var” fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan rəhbərlik edib.

Şəhər polisindən verilən məlumata görə, hər iki aksiyanın iştirakçıları arasından ümumilikdə 52 nəfər saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az