Kanada Ukraynaya ən son buraxılış zirehli maşınlar verəcək

22:37 - 27 Aprel 2022

Kanada Ukraynaya ən son buraxılış zirehli maşınlar verəcək

Kanada Ukrayna ordusu üçün səkkiz zirehli maşın alacaq. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand Twitter-də məlumat verib.

Manşet.az xəbər verir ki, “Kanada “Roshel” şirkətinin istehsalı olan səkkiz zirehli maşının alınması üçün müqavilə imzalayıb və bu maşınlar ən qısa zamanda ukraynalı dostlarımıza təhvil veriləcək”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, Kanada Ukraynaya hərtərəfli hərbi yardım göstərməyə davam edəcək.

Kanada ölkədə mövcud olan 37 ədəd “M-777” haubitsasından dördünü Ukraynaya göndərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az