Tbilisidə yaşayış binasında güclü yanğın - Ölənlər var

22:46 - 27 Aprel 2022

Tbilisidə yaşayış binasında güclü yanğın - Ölənlər var

Gürcüstanın paytaxtı Tbilisinin Vazisubani rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Manşet.az xəbər verir ki, nəticədə 2 nəfər - gənc ərlə arvad ölüb, 20-yə yaxın insan xəsarət alıb.

Hazırda bir neçə şəxs xəstəxanada müalicə olunur.

Yanğın söndürülüb. Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az