Rusiya Caliber.az saytını da bloklayıb

23:17 - 27 Aprel 2022

Rusiya Caliber.az saytını da bloklayıb

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) Rusiyada Caliber.az saytını bloklayıb.

Manşet.az xəbər verir ki, sayta Rusiyadan giriş məhdudlaşdırılıb.

Yeri gəlmişkən, Rusiya qanunvericiliyini pozaraq, heç birəbərdarlıq etmədən sayta girişi məhdudlaşdırıb.

Buna səbəb Caliber.az-ın Rusiya-Ukrayna müharibəsi, habelə digər mövzularla bağlı operativ, dəqiq xəbərlər yayması olub. Bununla da Rusiya alternativ fikrə qarşı dözülməz münasibətini bir daha ortaya qoyub. Görünür, saytın Ukraynada davam edən müharibə barədə operativ xəbərləri, qərəzsiz informasiyaları Rusiyanın bəzi rəsmilərinin narahatlığı ilə qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az