Rusiya Hərbi Dəniz Qüvvələri Sevastopoldakı dəniz bazasını qorumaq üçün limanın girişinə iki təlim keçmiş delfin yerləşdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasındakı Ukrayna Hərbi Dəniz Qüvvələrinin delfin təlim mərkəzində hərbi məqsədlər üçün delfinlər yetişdirir.
Fevral ayında Ukrayna işğalı başlayandan bəri təlim keçmiş delfinlərdən Ukraynadan gələn təhdidlərə qarşı Sevastopol Dəniz Bazasında istifadə edilir.
Sevastopol Rusiyanın Qara dənizdəki ən böyük hərbi-dəniz bazasıdır.
Delfinlərin vəzifəsi ukraynalı dalğıcların limana sızmasının və təxribat hücumlarının qarşısını almaqdır.