İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejinin iştirakı ilə ağır yol qəzası baş verib.
Manset.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, Paşinyanın kortejində olan “Toyota Prado” markalı avtomobil 28 yaşlı Sona Mnatsakanyanı vurub.
Bildirilir ki, qadın hamilə olub. O, xəstəxanada ölüb.
Qəza aprelin 26-da baş verib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, qəzanı törədən şəxs həbs edilib.
