Rusiya lideri Vladimir Putinə yaxınlığı ilə tanınan Vladimir Solovyov Britaniyanı canlı yayımda təhdid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Solovyov verilişdə Putini İngiltərəni nüvə silahından istifadə edərək məhv etməyə çağırıb.
Solovyov “Görünür, “Sarmat” raketi demək köhnə Böyük Britaniya deməkdir. Sizin işinizi bitirməyə bir “Sarmat” raketi bəs edər” deyib.