Rusiya məhkəməsi Tviter sosial media platformasını qadağan olunmuş məzmunu silmədiyinə görə 3 milyon rubl cərimələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təxminən 41 min dollar məbləğində olan cərimə “Twitter”in Rusiyada qadağan olunmuş məzmunu, o cümlədən “Molotov kokteyllərinin necə hazırlanacağına dair təlimatlar”ı olan yazıları silməməsindən sonra tətbiq edilib.