İlon Mask kokainə görə “Coca-Cola”nı almaq istəyir

15:07 - 28 Aprel 2022

İlon Mask kokainə görə “Coca-Cola”nı almaq istəyir

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask “Coca-Cola” şirkətini almaq niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Mask öz rəsmi tviter hesabında paylaşıb.

Sahibkarın sözlərinə görə, onun sözügedən şirkəti almaqda məqsədi içkinin tərkibinə kokaini geri qaytarmaqdır.

Qeyd edək ki, ilk olaraq “Coca-Cola”nın dörddə üç hissəsi koka bitkisinin yarpaqlarından (Cənubi Amerikada bitən kokain ailəsinə aid bitki) və dörddə bir hissəsi kola qozundan ibarət olub.

Xatırladaq ki, İlon Mask tviter sosial şəbəkəsini alıb. O, bunun üçün 44 milyard dollar ödəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az