Xerson şəhərində artıq qrivna yerinə rubldan istifadə olunacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın nəzarətə götürdüyü Ukraynanın Xerson vilayətinə Moskva tərəfindən təyin edilmiş yerli administrasiya sədrinin müavini Kirill Stremousov şəhərdə mayın 1-dən etibarən Rusiya valyutası olan rubldan istifadə ediləcəyini açıqlayıb:
“Mayın 1-dən biz rubl ilə ödənişə keçirik. Hazırda rubl və qrivna dövriyyədə olacaq. Bu keçid dövrü 4 aya qədər başa çatacaq. Sonra tamamilə rublla ödəniş sisteminə keçəcəyik”.