ATƏT-in Ukraynadakı missiyası ləğv edilir

19:54 - 28 Aprel 2022

ATƏT-in Ukraynadakı missiyası ləğv edilir

ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası öz fəaliyyətini dayandıracaq.

Manşet.az  "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Şmid məlumat verib.

Bildirilib ki, bu qərar missiyanın mandatının uzadılması ilə bağlı ATƏT-in Daimi Şurasında konsensusun olmamasından sonra verilib.

Qeyd olunub ki, missiya yerlərdə obyektiv məlumatların verilməsində, atəşkəsin təşviq edilməsində və münaqişənin mülki şəxslərə təsirinin azaldılmasında mühüm rol oynayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az