Mino Rayolanı ikinci dəfə “öldürdülər”

20:54 - 28 Aprel 2022

Mino Rayolanı ikinci dəfə “öldürdülər”

Məşhur futbol meneceri Mino Rayola yayılan ölüm xəbərlərindən sonra açıqlama verib.

“Maraqlanan hər kəs üçün hazırkı sağlamlıq vəziyyətim: Dörd ay ərzində jurnalistlərin məni ikinci dəfə öldürdükləri üçün çox qəzəbliyəm. Deyəsən, mən ölüb-dirilə bilirəm”, –  futbol agenti “Twitter”də yazıb.

Manşet.az xəbər verir ki,  bir müddət əvvəl 54 yaşlı italyan əsilli niderlandlı menecerin xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilib. Daha sonra onun köməkçisi Minonun ölüm xəbərini təkzib edib və agentin xəstə olduğunu deyib.

Məlumat üçün bildirək ki, hazırda Rayola Ronaldu, İbrahimoviç, Poqba, Holand, Donnarumma, de Liqt, Verratti kimi futbolçuların agentidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az