Bayden Ukraynaya 33 milyard dollarlıq yardım göndərmək istəyir

21:11 - 28 Aprel 2022

Bayden Ukraynaya 33 milyard dollarlıq yardım göndərmək istəyir

ABŞ Prezidenti Co Bayden Ukraynaya dəstək üçün 33 milyard dollar humanitar və hərbi yardım istəyi ilə Konqresə müraciət edib.

Manşet.az xəbər verir ki, Bayden bu haqda Ukraynadakı vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, Ukraynaya 20,4 milyard dollar hərbi yardıma,  8,5 milyard dollar iqtisadi, 3 milyard dollar humanitar yardıma vəsait ayırmağı təklif edib.

Baydenin tələbinin respublikaçılar və demokratlar arasında geniş dəstək alacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az