“Rusiya ordusu Mariupoldan çıxır” - Pentaqon

09:41 - 29 Aprel 2022

“Rusiya ordusu Mariupoldan çıxır” - Pentaqon

Rusiya qoşunlarının bir hissəsini Mariupoldan çıxarır.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Ukraynadakı müharibənin gedişatına həsr edilmiş brifinqdə çıxışı zamanı deyib.

C.Kirbi iddia edir ki, Qara dəniz limanında döyüşlərin davam etməsinə baxmayaraq, Rusiya qoşunlarının bir hissəsi Mariupoldan şimal-qərbə doğru hərəkət etməyə başlayıb.

Pentaqonun sözçüsü əlavə edib ki, işğalın əvvəlindən Ukrayna ərazisinə 1 900-dən çox raket zərbəsi endirilib.

“Bu zərbələrin əksəriyyəti Mariupol və Donbasa endirilib”, - Con Kirbi əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az