ABŞ öldürücü zərbəyə hazırlaşır – rus oliqarxlardan sonra sıra ondadır

11:15 - 29 Aprel 2022

ABŞ öldürücü zərbəyə hazırlaşır – rus oliqarxlardan sonra sıra ondadır

ABŞ dövlət katibi Blinken: “Biz Rusiya Mərkəzi Bankının vəsaitlərini ələ keçirib Ukrayna üçün istifadə edə bilərik” deyib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ dövlət katibi Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində iştirak etdiyi büdcə iclasında ABŞ administrasiyasının Rusiyaya qarşı tədbirlərini dəyərləndirib.

Blinken bildirib ki, rus oliqarxlarının aktivləri ilə yanaşı, Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinə də həbs qoyularaq Ukrayna üçün istifadə oluna bilər:

"Bu, vəkillərimizdən işləməyi xahiş etdiyimiz bir şeydir - bu aktivləri ələ keçirmək üçün potensial olaraq hansı (hüquqi) səlahiyyətlərə ehtiyac var? Amma təkcə onları ələ keçirmək üçün deyil, həm də konqresmen Uilsonun təklif etdiyi kimi (Ukrayna üçün) bu aktivlərin istifadəsini də araşdırırlar”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az