Britaniya Müdafiə Nazirliyi təxminən 8 min Britaniya Ordusu əsgərinin bu yay Avropada təlimlər keçəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu yay Avropada Soyuq Müharibədən bəri ən böyük yerləşdirmələrdən birində planlaşdırılmış bir sıra təlimlər keçiriləcək.
Bəziləri bu həftə başlayan və NATO qüvvələri ilə keçirilən təlimlərin Finlandiya, Polşa və Estoniyadan Şimali Makedoniyaya qədər ölkələri əhatə edəcəyi bildirilib.
Böyük Britaniya Müdafiə Nazirliyi təlimlərdə NATO və Birgə Ekspedisiya Qüvvələrinin (JEF) müttəfiqləri və tərəfdaşlarından on minlərlə əsgərin də iştirak edəcəyini vurğulanıb.