Moldova hökuməti Rusiyanın “RİA Novosti” agentliyinin əməkdaşını ölkəyə buraxmayıb.
Manset.az xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.
Kişinyov hava limanında pasport yoxlaması zamanı Moldova sərhədçiləri jurnalist Artur Şayxutdinovun pasportunu götürüblər. Buna səbəb kimi isə onun Moldova Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməməsi olub.