Ərdoğan bir milyon suriyalının geri qaytarılması üçün planlaşdırılan layihəni AÇIQLADI

14:34 - 03 May 2022

Ərdoğan bir milyon suriyalının geri qaytarılması üçün planlaşdırılan layihəni AÇIQLADI

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan suriyalıların könüllü şəkildə ölkələrinə qaytarılması üçün planlaşdırılan layihəni açıqlayıb.

 

Manset.az xəbər verir ki, o, qeyd edib ki, Türkiyə nəinki suriyalı qaçqınlara qapılarını açıb, həm də onların evlərinə qayıtmaları üçün əlindən gələni edib:

“Türkiyənin Suriyadakı faciə ilə əlaqədar sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən bu yana təxminən 500 min suriyalı təhlükəsiz bölgələrə qayıdıb. Biz bunu könüllü qayıdış layihələri ilə dəstəkləyirik. İndi biz bir milyon suriyalı qardaşımızın könüllü geri qayıtmasını təmin edəcək yeni layihənin hazırlanması mərhələsindəyik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az