Ruslar yenidən “Azovstal”a hücum etdi - VİDEO

15:53 - 03 May 2022

Ruslar yenidən “Azovstal”a hücum etdi - VİDEO

Rusiya işğalçıları Mariupoldakı “Azovstal” zavodu ərazisinə yenidən hücuma keçiblər.

 

Manset.az xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat yayıb.

“Hazırda zavodun ərazisinə girməyə çalışırlar. Məlumatı “Azov” alayının komandirinin müavini də təsdiqləyib. Əlavə məlumat yoxdur”, - jurnalist bildirib.

Onun sözlərinə görə, hücumdan əvvəl Rusiya aviasiyası “Azovstal” ərazisini bir neçə saat dayanmadan bombalayıb.

Qeyd edək ki, “Azov” alayı mülkilərin təxliyyəsindən sonra rusların “Azovstal”a hücum etdiyini bildirmişdi. Hücum zamanı 5 rus işğalçısının da məhv edildiyi qeyd olunmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az