Conson Ali Rada qarşısında çıxış etdi: Ukrayna qalib gələcək!

16:08 - 03 May 2022

Conson Ali Rada qarşısında çıxış etdi: Ukrayna qalib gələcək!

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Boris Conson Ali Rada qarşısında çıxış edib.

 

Manset.az xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat yayıb.

“Vladimir Zelenski Ali Radada çıxış etdi. Çıxış zamanı o, görüşə onlayn qatılan Boris Consonu salamladı”, - deputat bildirib.

Digər ukraynalı deputat Aleksey Qonçarenko Boris Consonun çıxış etdiyi bildirib:

“Dəstək sözləri və raketlər, radarlar da daxil olmaqla yeni hərbi yardım paketi ilə yanaşı Britaniya baş naziri əsl sözü dedi: Ukrayna qalib gələcək!”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az