ABŞ-da ATIŞMA: Ölən və yaralananlar var

00:13 - 24 İyul 2022

ABŞ-da ATIŞMA: Ölən və yaralananlar var

ABŞ-ın Vaşinqton ştatında baş verən atışmada 1 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “ABC News” məlumat yayıb.

Hadisə Sietldən cənub-şərqdə, Renton şəhərində baş verib.

Hadisə yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkarlayıb. Onlardan biri yerindəcə ölüb, digərlərinə tibbi yardım göstərilib.

İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az