Ukrayna hərbçilərinə bu ölkənin xüsusi təyinatlıları təlim keçdi

18:44 - 24 İyul 2022

Ukrayna hərbçilərinə bu ölkənin xüsusi təyinatlıları təlim keçdi

Böyük Britaniya xüsusi təyinatlıları İlan adasında xüsusi əməliyyat keçirən Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbçilərinə təlim keçib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün “The Sun on Sunday” qəzeti məlumat verib.

Qəzetin verdiyi məlumata görə, Kral Hərbi Dəniz Qüvvələrinin Xüsusi Qayıq Xidmətinin əsgərləri Oçakivdəki 73-cü Dəniz Xüsusi Təyinatlı Mərkəzindən həmkarlarına Britaniya avadanlığı ilə necə davranmağı öyrətmək üçün Ukraynaya səfər ediblər.

Qəzet yazır ki, Britaniya xüsusi təyinatlıları ukraynalılara sualtı daşıyıcılarla işləməyi öyrədiblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 73-cü Hərbi Dəniz Mərkəzinin döyüş üzgüçüləri iyulun 7-də İlan adasına enərək orada Ukrayna bayrağını sancmağa çalışıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az