Ağ Evdən COVID-ə yoluxmuş Baydenin səhhəti barədə AÇIQLAMA

20:55 - 24 İyul 2022

Ağ Evdən COVID-ə yoluxmuş Baydenin səhhəti barədə AÇIQLAMA

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin vəziyyəti yaxşıdır.

 

Manset.az xəbər verir ki, bu barədə bazar günü Ağ Evin COVID-19-un yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca məlumat verib.

“Mən dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Dünən (şənbə) prezidentin böyük bir iş günü var idi, özünü yaxşı hiss edirdi”, - A. Ca ABC televiziyasına müsahibəsində deyib.

Ağ Ev koordinatoru ABŞ liderinin iki dəfə peyvənd olunduğunu da xatırladıb. Bundan əlavə, Bayden iki dəfə gücləndirici doza alıb.

Qeyd edək ki, ABŞ prezidentinə koronavirus diaqnozu qoyulması faktı iyulun 21-də məlum olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az