Trampdan Amerika məktəblərində ibadətlə bağlı qadağalara ETİRAZ

21:40 - 24 İyul 2022

Trampdan Amerika məktəblərində ibadətlə bağlı qadağalara ETİRAZ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühafizəkar gəncləri təhsildə radikal LGBT quruluşu ilə mübarizə aparmağa çağırıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, o, belə bir mesajla "Turning Point Action" təşkilatının iştirakçılarına müraciət edib.

“Təhsil sistemimiz xəstədir. Məktəblərdə ibadət etmək qadağandır, lakin dreq-şoulara icazə verilir. İndi siz uşaqlara Müqəddəs Kitabı öyrədə bilməzsiniz, ancaq onlara kişilərin hamilə qala biləcəyini öyrədirsiniz” deyə Tramp bildirib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindəki dövlət məktəbləri oğlan və qızlar üçün tualetləri ləğv edib, əvəzində “uşaqların cinsi kimliyinə uyğun gələn” tualetlər yaradıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az