Səudiyyə Ərəbistanı İslami və ictimai dəyərlərə zidd olan reklamların Youtube-dan qaldırılmasını tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Youtube”un Səudiyyə Ərəbistanında ölkənin media məzmun qaydalarına zidd, İslami və ictimai dəyərlərə zidd reklamlar nümayiş etdirdiyi müəyyən edilib.
Audio-Vizual Media Baş İdarəsi və Rabitə və İnformasiya Texnologiyaları Komissiyası tərəfindən “Youtube”dan sözügedən reklamların silinməsi üçün müraciət edildiyi, silinmədiyi təqdirdə lazımi hüquqi tədbirlərin görüləcəyi bildirilib.