Səudiyyə Ərəbistanından Youtube-a "İslam" ÇAĞIRIŞI

11:32 - 25 İyul 2022

Səudiyyə Ərəbistanından Youtube-a \"İslam\" ÇAĞIRIŞI

Səudiyyə Ərəbistanı İslami və ictimai dəyərlərə zidd olan reklamların Youtube-dan qaldırılmasını tələb edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Youtube”un Səudiyyə Ərəbistanında ölkənin media məzmun qaydalarına zidd, İslami və ictimai dəyərlərə zidd reklamlar nümayiş etdirdiyi müəyyən edilib.

Audio-Vizual Media Baş İdarəsi və Rabitə və İnformasiya Texnologiyaları Komissiyası tərəfindən “Youtube”dan sözügedən reklamların silinməsi üçün müraciət edildiyi, silinmədiyi təqdirdə lazımi hüquqi tədbirlərin görüləcəyi bildirilib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az