Rusiyanın Ukraynanı işğal etməsindən sonra təşviş içində olan Polşa Avropada ən güclü NATO ordusunu yaratmaq üçün hazırlıqlara başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın müdafiə naziri Mariuş Blaşçak, Rusiya və Belarusu güclü ordu ilə qarşısı alınmalı olan potensial düşmən kimi gördüklərini açıqlayıb.
Polşanın “Siece” jurnalına açıqlama verən Blaşçak, Belarus və Rusiya ilə sərhəd qonşuları olduqlarını vurğulayaraq, “Biz cəbhə xəttindəyik” deyib.
Müdafiə naziri ordunun düşmənləri qorxutmaq üçün böyük və güclü olması lazım olduğunu bildirib:
“Kreml hökmdarları güclüləri güllələmir. Zəiflik gördükdə hücum edirlər. Nəticə etibarı ilə həm artilleriya, həm də tank baxımından Polşadan güclü Avropa ölkəsi olmayacaq”.
Nazir Blaşçak 2018-ci ildə sifariş edilən ABŞ istehsalı olan zenit-raket kompleksinin Patriot-un ilk partiyasının bu il gələcəyini açıqlayıb, həmçinin hava hücumundan müdafiə raket sistemi alacaqlarını bəyan edib.
O, bunun İngiltərə istehsalı olan “Sky Saber” ilə ekvivalent bir texnologiya olduğunu deyib.
Polşa Ukraynaya Sovet İttifaqı dövründən qalma 200-dən çox T-72 tankı göndərib və indi silah ehtiyatını artırmağa çalışır.