“Lufthansa” iki hava limanında uçuşları ləğv edir

18:37 - 26 İyul 2022

“Lufthansa” iki hava limanında uçuşları ləğv edir

İyulun 27-də Almaniyada “Lufthansa” aviaşirkəti Frankfurt-Mayn və Münhen hava limanlarında demək olar ki, bütün reysləri ləğv etmək niyyətindədir.

Manşet.az “TASS”a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.

Söhbət ümumilikdə 678 (Frankfurt-Mayn hava limanı üzrə) və 345 (Münhen hava limanı üzrə) uçuşdan gedir. Buna səbəb işçilərin tətil etməsi olub.

Qeyd edilib ki, Frankfurt-Mayn hava limanında uçuşların ləğvi 92 min sərnişinə, Münhen hava limanında isə 42 min sərnişinə təsir edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az