Sumqayıtda 28 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

22:03 - 26 İyul 2022

Sumqayıtda 28 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Bakı-Quba magistralının Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada 1994-cü il təvəllüdlü Süleymanov Rəşad İlqar oğlunu “Ford” markalı yük avtomobili vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az