Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi

22:44 - 26 İyul 2022

Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi

Böyük Britaniyanın səlahiyyət müddəti başa çatmaqda olan baş naziri Boris Conson Uinston Çörçill adına beynəlxalq mükafatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib.

Manşet.az xəbər verir ki, rəsmi mərasim çərşənbə axşamı Consonun Dauninq küçəsindəki iqamətgahında keçirilib.

Britaniya hökuməti başçısı ofisinin yaydığı xəbərə görə, Zelenski tədbirdə videobağlantı vasitəsilə iştirak edib.

Qeyd edək ki, sözügedən mükafat müharibə dövrünün liderlik keyfiyyətləri nümayiş etdirən şəxslərə verilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az