Rusiyanı tərk edən şirkətlərin sayı AÇIQLANDI

22:47 - 26 İyul 2022

Rusiyanı tərk edən şirkətlərin sayı AÇIQLANDI

Artıq 40-a yaxın beynəlxalq şirkət Rusiyadakı biznesini bağlayıb, 700-ü müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Rusiya bazarını tərk edən şirkətlərin illik gəliri 58,4 milyard dollar, kapitalı isə 33,1 milyard dollar olub.

Manşet.az xəbər verir ki, bunu KSE İnstitutunun məlumatları sübut edir.

Qurum 78 ölkədən və 56 sənaye sahəsindən olan 2345-ə yaxın şirkət, təşkilat və onların brendlərinin Rusiya bazarındakı vəziyyətlə bağlı mövqelərini müəyyən edib. Bu şirkətlərin təxminən yarısının ictimai olduğu bildirilib.

KSE İnstitutunun hesablamalarına görə, 1638 xarici şirkət artıq Rusiyada fəaliyyətini ixtisar edib, müvəqqəti və ya həmişəlik dayandırıb.

Qeyd oluub ki, Rusiyanı tamamilə tərk etmiş şirkətləri sektorlar üzrə bölsək, onların əksəriyyəti peşəkar xidmətlər, o cümlədən konsaltinq, mühasibatlıq, reklam və hüquq xidmətləri göstərən şirkətlərdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az