İsraildən ŞOK AÇIQLAMA: İrana zərbələr endirilə bilər

23:00 - 26 İyul 2022

İsraildən ŞOK AÇIQLAMA: İrana zərbələr endirilə bilər

İsrail nüvə silahı istehsalını məhdudlaşdırmaq məqsədilə İrana qarşı güclü zərbələr endirə bilər. 

Manşet.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Beni Qants "Kanal 13"ün efirində verdiyi müsahibədə deyib.

O vurğulayıb ki, indi İran nüvə silahı əldə etmək cəhdləri ilə təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükədir.

“Sonda biz İran atomunun qarşısını almaq üçün güclü zərbə endirə bilərik”, - Qants bildirib.

Eyni zamanda, nazir əlavə edib ki, Qüds Tehrana təklif olunan yeni nüvə sazişindən narazıdır. İranın sanksiyalara görə müvəqqəti möhlət almaq və bununla da iqtisadiyyatını gücləndirmək şansı olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az