Konqoda üç BMT əməkdaşı ÖLDÜRÜLDÜ

23:15 - 26 İyul 2022

Konqoda üç BMT əməkdaşı ÖLDÜRÜLDÜ

Çərşənbə axşamı Konqo Demokratik Respublikasının şərqindəki Butembo şəhərində BMT sülhməramlılarının Şimali Kivu əyalətindən çıxarılması tələbi ilə keçirilən nümayiş zamanı baş verən iğtişaşlar nəticəsində 3-ü BMT missiyasının üzvü olmaqla, azı 10 nəfər həlak olub.

Manşet.az xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Paula Nqoma məlumat verib.

Qeyd edək ki, Şimali Kivu əyalətində artıq ikinci gündür ki, BMT sülhməramlılarının çıxarılması tələbi ilə nümayişlər keçirilir. Etirazçılar BMT-ni ölkənin bu hissəsində əhalinin təhlükəsiz yaşaması üçün şərait yarada bilməməkdə ittiham edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az