ABŞ mediası Rusiya ilə bağlı növbəti dəfə qalmaqallı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın sanksiyalardan əziyyət çəkən iqtisadiyyatını Sudanı talan edərək yaşatdığı iddia edilib.
“CNN İnternational” Rusiyanın Sudandan ildə 40 tona yaxın qızıl talan etdiyini, qızılın Rusiya lideri Putinin muzdlularının xüsusi birliyi olan “Vaqner Qrupu” tərəfindən qaçaqmalçılıq yolu ilə gətirildiyini iddia edib.