"Hörümçək-adam" obrazı ilə tanınan britaniyalı aktyor Tom Holland sosial şəbəkələrdən imtina etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 26 yaşlı aktyor psixologiyasını qorumaq üçün “Instagram” və “Twitter”dən istifadəni dayandırmaq qərarına gəlib.
İnstaqramda 67 milyon izləyicisi olan aktyor onun haqqında yazılan şərhlərdən təsirləndiyini bildirib.