İranla Rusiya qaz mübadiləsi sazişi imzalayacaqlar

23:29 - 24 Avqust 2022

İranla Rusiya qaz mübadiləsi sazişi imzalayacaqlar

İran və Rusiya yaxın vaxtlarda qaz mübadiləsinə dair saziş imzalayacaq.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Ovci deyib.

"Yaxın vaxtlarda Moskvada İran Milli Qaz Şirkəti ilə Rusiya tərəfi arasında Rusiyadan qazın alqı-satqısı üzrə yekun müqavilə imzalanacaq", - Ovci bildirib.

Onun sözlərinə görə, Rusiya neft məhsullarının svop tədarükü ilə bağlı Moskva ilə də danışıqlar aparılıb.

İranlı nazir vurğulayıb ki, İran dəniz, dəmir yolu və quru nəqliyyatı sektorlarında bu cür svop tədarükü həyata keçirmək üçün kifayət qədər potensiala malikdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az