Banqladeşdə toy zamanı qonaqları ildırım vurub.
Manset.az “Daily Bangladesh”ə istinadən xəbər verir ki, insident zamanı 16 nəfər həlak olub. Bildirilir ki, qonaqlar ölkənin şimalında Padma çayında qayıqla üzərkən onları ildırım vurub.
Ölkə polisinin verdiyi məlumata görə, bu zaman daha 6 nəfər xəsarət alıb. Yaralılar yerli xəstəxanalara yerləşdirilib.
Bununla yanaşı, ölü sayının artacağı istisna olunmur.