Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsinin mətni ilə Praqaya gedir - Ermənistan mətbuatı

12:22 - 29 Sentyabr 2022

Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsinin mətni ilə Praqaya gedir - Ermənistan mətbuatı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-sı Praqaya səfər edəcək. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nikol Paşinyanın sözügedən sammitə Azərbaycan və Ermənistan arasında sülh sazişinin ilkin variantı ilə qatılacağı gözlənilir.

Bildirilir ki, sentyabrın 27-si Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə sözügedən sazişin ilkin variantları müzakirə olunub. 

Xatırladaq ki, Hikmət Hacıyev də öz növbəsində mətbuata açıqlamasında görüşdə müzakirə olunan məsələləri açıqlayıb. O bildirib ki, görüşün nəticələri haqda Cek Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. “Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - Hikmət Hacıyev qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az