Rusiya kənar auditoriya üçün görüntü vermək və Qərbin Ukraynaya təzyiqini təmin etmək üçün danışıqlara can atır.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikir Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak tərəfindən səslənib.
Podolyak yaxın gələcəkdə Rusiya ilə danışıqların məzmununa da şübhə etdiyini bildirib. Ukrayna rəsmisinin fikrincə, Rusiya rəsmiləri yenidən qruplaşmaq və döyüş meydanında mövqelərini gücləndirməyə vaxt qazanmaq üçün dialoqa ehtiyac duyurlar.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ərazilərinin Krım analogiyası üzrə Rusiya tərəfindən ilhaq ediləcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinlə danışıqların qeyri-mümkün olacağını demişdi.