Tehran Parisə qəzəbləndi: Fransanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

17:29 - 29 Sentyabr 2022

Tehran Parisə qəzəbləndi: Fransanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

İran hakimiyyəti Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, ona Fransa hökumətinin İslam Respublikasına qarşı tənqidləri ilə bağlı etiraz bildirilib.

Buna səbəb 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı kütləvi etirazlar olub.

Bildirilir ki, rəsmi Tehran Fransa Xarici İşlər Nazirliyinin müdaxilə tipli bəyanatına və üç fransız diplomatın Parisdəki etirazlarda iştirakına qəzəblənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az