Sentyabrın 25-də Filippinin Luson adasını vuran “Noru” qasırğasından 911,4 mindən çox insan zərər çəkib.
Manset.az xəbər verir ki, 12 nəfər təbii fəlakətin qurbanı olub. Azı 52 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, altı nəfər itkin düşüb.
Bundan əvvəl beş xilasedicinin öldüyü barədə xəbər yayılıb.
91,1 mindən çox insan evlərini əvvəlcədən tərk edib.
Qasırğa 50 mindən çox evə ziyan vurub, 6,8 min evi isə tamamilə dağılıb.