“Şimal axını”nda 2 güclü partlayış BAŞ VERDİ

11:15 - 30 Sentyabr 2022

“Şimal axını”nda 2 güclü partlayış BAŞ VERDİ

“Sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində trotil ekvivalenti ilə ümumi gücü 1000 kiloqramdan çox iki partlayış baş verib”. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu nəticəyə danimarkalı məmurlar gəlib. 

Qəzet yazır ki, Danimarka nümayəndələri bu iddialarını çərşənbə günü axşam NATO ölkələrinin nümayəndələrinin görüşündə səsləndiriblər. Onların sözlərinə görə, qaz kəmərləri bu iki partlayış nəticəsində zərər görüb.

Bildirilir ki, elə həmin görüşdə NATO ölkələrinin nümayəndələri qaz kəmərlərində baş verən qəzanın arxasında çox güman ki Rusiyanın dayandığını da iddia ediblər.

Xatırladaq ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az