Zelenski NATO-ya üzvlüklə bağlı müraciət etdi

19:11 - 30 Sentyabr 2022

Zelenski NATO-ya üzvlüklə bağlı müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olmaq üçün ərizə təqdim edib.

 

Manset.az “Unian”a istinadən xəbər verir ki, bu barədə o, videomüraciəti zamanı bildirib.

"De-fakto, biz artıq NATO-ya yol almışıq. De-fakto, biz artıq alyansın standartlarına uyğunluğu sübut etmişik. Onlar döyüş meydanında və qarşılıqlı fəaliyyətimizin bütün aspektlərində Ukrayna üçün realdır. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq. Budur Alyans. De-fakto. Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Bu prosedurda bütün insanlarımızı qorumaq bizim üçün vacib olacaq”, - deyə Zelenski əlavə edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az