Putin Rusiya vətəndaşlığının verilməsi haqqında mühüm fərman İMZALADI

22:27 - 30 Sentyabr 2022

Putin Rusiya vətəndaşlığının verilməsi haqqında mühüm fərman İMZALADI

Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı almaq istəyən şəxslər üçün şərtləri asanlaşdırıb.  

 

Manset.az xəbər verir ki, Rusiya dövlət başçısı Rusiyada hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbilərin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrində, digər qoşun növlərində və hərbi birləşmələrdə azı bir il müddətinə hərbi xidmət keçmək üçün müqavilə bağlamış və ən azı altı ay döyüş fəaliyyətində iştirak etmiş xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq üçün ərizə ilə müraciət edə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az