Almaniya Ukraynaya hava-hava tipli raket tədarük edəcək

22:42 - 01 Oktyabr 2022

Almaniya Ukraynaya hava-hava tipli raket tədarük edəcək

Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynanın Odessa şəhərinə gizli səfər edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Die Welt” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla görüşü zamanı almaniyalı nazir ölkəsinin “IRIS-T SLM” hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.

“Ukrayna hazırda inanılmaz miqdarda hava hücumları ilə üz-üzədir, buna görə də daha çox hava hücumundan müdafiə dəstəyi verməmiz çox vacibdir", - Lambrecht bildirib.

Almaniya Müdafiə Nazirliyi tviterdə onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib. “Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik”, - nazirlik bildirib.

“IRIS-T SLM” hava hücumundan müdafiə sistemləri qısa mənzilli hava-hava tipli raketləri təhciz edilir. Raket, infraqırmızı görüntü axtaran başlığı sayəsində gecəgündüz və hər cür hava şəraitində işləyə bilir. Raket Almaniyanın rəhbərliyi altında 6 iştirakçı ölkənin əməkdaşlığı ilə ərsəyə gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az