Meksikada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

00:43 - 02 Oktyabr 2022

Meksikada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Eurocopter” helikopteri Tabasko ştatının cənub-şərqindəki Sentla bölgəsində qəzaya uğrayıb.

Manset.az  xəbər verir ki, bu barədə “MILENIO” qəzeti məlumat yayıb.

Qəza nəticəsində ən azı 3 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib. Qəzanın mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

Meksika Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı açıqlama verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az